Almaniya hökuməti Almaniyadakı antisemitizm səviyyəsindən şikayətlənib
KONKRET.az xəbər verir ki, Berlin meri Kay Veqner Fələstinə dəstək məqsədilə keçirilən nümayişlər və yəhudi institutlarına hücumların Almaniyada antisemitizm problemini göstərdiyini bildirib. Onun sözlərini “Die Berliner Zeitung” qəzeti sitat gətirir.
Veqner qeyd edib ki, Almaniyada yaşayan hər kəs ölkənin çoxmillətli olduğunu anlamalı, cəmiyyətdə nifrətə, antisemitizmə və İsrail əleyhinə təhriklərə yer olmamalıdır.
Eyni zamanda, Berlin meri Almaniya rəhbərliyinin yürütdüyü miqrantların inteqrasiya siyasətindən də şikayətlənib və Veqnerin fikrincə, bu, cəmiyyətdə antisemit əhval-ruhiyyənin artmasına səbəb olub.
