Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri Brüsseldə keçirilən iclasda Ermənistanda fəaliyyət göstərəcək yeni Aİ missiyasının yaradılmasını təsdiqləyəcəklər.
KONKRET.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Aİ Şurasının iclasına gəlişi zamanı jurnalistlərə açıqlamasında bildirib.
Kallasın sözlərinə görə, nazirlər Ermənistanla tərəfdaşlıq çərçivəsində fəaliyyət göstərəcək və ölkənin üzləşdiyi hibrid təhdidlərə qarşı mübarizə aparacaq yeni missiyanın yaradılmasına razılıq verəcəklər.
Müşviq Tofiqoğlu
KONKRET.az
