Sabah geomaqnit qasırğası gözlənilir – PROQNOZbackend

Sabah geomaqnit qasırğası gözlənilir - PROQNOZ

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası iyulun 13–19-u üçün kosmik hava proqnozunu açıqlayıb.

KONKRET.az xəbər verir ki, Rəsədxananın məlumatına görə, Günəşin fəallığı ötən həftə ilə müqayisədə azalıb. Əsas aktivlik 4479 nömrəli ləkə bölgəsində qeydə alınıb və burada orta güclü (M sinif) Günəş alışmaları baş verib.

Hazırda Günəş səthində 4 ləkə qrupu və ümumilikdə 70 ləkə müşahidə olunur. Günəş küləyinin sürəti hazırda saniyədə 436 kilometrdir. Son günlərdə isə bu göstərici maksimum 682 kilometrə qədər yüksəlib.

Mütəxəssislərin proqnozuna əsasən, iyulun 13–19-da zəif (C sinif) Günəş alışması ehtimalı 75 faiz, orta güclü (M sinif) alışma ehtimalı 25 faiz, güclü (X sinif) alışma ehtimalı isə 5 faizdir.

Bildirilib ki, iyulun 10-da baş vermiş tac kütlə atılmalarının təsiri nəticəsində iyulun 13–14-də geomaqnit fəallığının G1 (zəif geomaqnit qasırğası) səviyyəsinə qədər yüksəlməsi ehtimalı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*