İtaliyanın keçmiş baş naziri, “İrəli, İtaliya” partiyasının lideri Silvio Berluskoni 33 yaşlı sevgilisi Marta Faşina ilə birlikdə bomba sığınacağı olan ev axtarır.
KONKRET.az xəbər verir ki, bu barədə İtaliyanın “La Stampa” qəzeti məlumat yayıb.
Bildirilib ki, cütlük nüvə müharibəsinin başlamasından qorxur.
Məlumata görə, bomba sığınacağı olan evin axtarışının təşəbbüskarı Marta Faşina olub.
“Libero Quotidiano” qəzetinin yazdığına görə, Silvio Berluskoninin Milandakı villasının yaxınlığında bunkerli evlər var, lakin oraya yalnız onun balaca itləri sığa bilər.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra dünya liderləri münaqişənin nüvə müharibəsinə çevrilə biləcəyindən ehtiyatlandıqlarını bildiriblər.
İqbal Rzayev,
KONKRET.az
