“Bakıda Türk Şurasına üzv dövlətlərin xarici işlər nazirlərinin növbədənkənar iclasında Dağlıq Qarabağ münaqişəsinə toxunulub”.
KONKRET.AZ xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, nazirlər çıxışlarında əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
R.Həsənov qeyd edib ki, iclasda Dağlıq Qarabağ münaqişəsinə də toxunulub, Azərbaycan XİN başçısı Elmar Məmmədyarov Türk Şurası XİN başçılarına Azərbaycana verdikləri dəstəyə görə təşəkkür edib.
Nazir müavini Türk Şurası çərçivəsində üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi, əlaqələrin artırılması və qurumun beynəlxalq aləmdə tanınmasının vacibliyini vurğulayıb.
