“Beş yaşlı uşağın məktəbə göndərilməsi doğru deyil” – Ekspert valideynlərə çağırış etdibackend

“Beş yaşlı uşağın məktəbə göndərilməsi doğru deyil” - Ekspert valideynlərə çağırış etdi

Bəzən valideynlər övladlarını məktəbə tez qoymağa tələsirlər. Onlar düşünür ki, uşaq məktəb və təhsil həyatına nə qədər tez başlasa, bu, onun gələcəyi üçün daha yaxşı nəticələr verə bilər. Bu gün 5 yaşlı uşaqların birinci sinifə qəbul olunması halları artıb.

Maraqlıdır, uşaqların 5 yaşından məktəbə göndərilməsi nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablayan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri uşaqların 6 və ya 7 yaşlarından məktəbə getməsinin daha doğru variant olduğunu deyib:

Elmin Nuri: “BDU kimi nəhəng universitet hətta öz tələbələrini belə magistraturaya cəlb etmək imkanına malik deyil” Pravda.az

“Mən sovet pedaqoqlarının nəzəri baxışlarını həmişə bəyənmişəm. Sovet təhsilini tərifləmək niyyətindən uzaq olsam da, onun faydalı tərəflərinin olduğunu etiraf etməliyik. Həmin pedaqoqların elmi araşdırmalar nəticəsində uşaqların 6-7 yaş aralığında məktəbə getməsinin faydalı olduğu irəli sürülüb. Uşağın 6-7 yaşlarında məktəbə getməsi beyin tutumu, qavrayış bacarığı və fizioloji imkanlar baxımından ən ideal variantdır”.

Ekspertin fikrincə, uşaqların 5 yaşında məktəbə göndərilməsi “qonşudan geri qalmasın” rəqabətinin nəticəsidir:

“Son illər uşaqların 5 yaşında məktəbə göndərilməsi dəb halını alıb. Lakin 5 yaşlı uşaqlar yalnız istisna hallarda, xüsusi istetdada malikdirsə, məktəbə getməlidir. Bu qaydalarda xüsusi olaraq vurğulanır. Hazırda biz bunun əksini müşahidə edirik. Buna son qoymaq lazımdır”.

E.Nuri müxtəlif yaşda olan bacı və qardaşların mütləq şəkildə bir sinifə getməsini istəyən valideynlərin yanaşmasını doğru hesab etmir:

“Elə ailələr var ki, qardaşın mütləq bacı ilə eyni sinifdə oxumasını istəyir. Baxırsan ki, qardaşın 5, bacının 6 yaşı var. Bəzən əksi də olur. Bacı ilə qardaş bir sinifdə oxusa, nə olacaq? Minlərlə qız uşağı təhsil alır, məktəbə gedir. Bu yanaşmanı dəyişmək lazımdır. Bu təhsilin problemi kimi yox, cəmiyyətin problemi kimi nəzərdən keçirilməlidir”.

Aygün Mirakif,

KONKRET.az

  • Nurlan
    Avqust 16, 2024 - 19:15

    Məndən olsa 7 yaşında göndərərəm. Ancaq portalda qeydiyyat etmək olmur. 5 yaşlıya qoymasa gərək 6 yaşında 1ci sinfə göndərən. Çox məcburi sistemdi.Bu dəyişmək lazımdı. Uşaqlar kütləşəcək

  • Rəqiyə
    Avqust 16, 2024 - 23:57

    Salam.Ekspert Elmin Nuri beyin fikirləri tamamilə doğru yanaşmadı. Hətta mən düşünürəm ki, məktəbəqədər hazırlıq qrupu 6 yaşdan, məktəbə 1-ci sinfə qəbul 7 yaşdan qəbul edilsin. O zaman şagirdlər də irəliləyiş daha yaxşı olacaq. Uşaqlar uşaqlığını yaşayıb sonra məktəb həyatına qədəm qoyacaqlar.5-6 yaşda uşağa yazı yazdırmaq düzgün deyil. Əl sümükləri tam inkişaf etmir o yaşda.

  • Yusif
    Avqust 17, 2024 - 19:12

    Məndə 5 yaşlıların məktəbə getməsinin əleyhinəyəm uşaq o zaman bağçada olmalıdır məktəbdə yox. Ç

  • Murad
    Avqust 17, 2024 - 23:25

    Bəli mən də razıyam uşaq 7 yaşında məktəbə getməlidir.5 yaşında uşağ bağçaya getsə daha məntiqlidir

  • Yegane
    Avqust 18, 2024 - 08:28

    Beli eyniylə Elmin Nuri bəyin dediyi kimi mən özüm qardaşımla eyni sinifdə oxumuşam düzdü men vaxtında getdim amma qardaşımı bir il tez qoydular mən oxuyub ali təhsil aldım qardaşımsa oxuya bilmədi her cehedce çətinlik çəkdi. Oxumaqda ,yazmaqda ,hətta məktəb həyatına bele çox gec alındı ,Ona göre mencede uşaqlar 6-7 yaşlarında getmelidir mektebe .

  • Miray
    Avqust 18, 2024 - 10:57

    Oğlumu 7 yaşında qoymuşam 1sinifə. 7 yaşla 5 yaşında uşağın arasinda böyük fərq var.Uşaqların uşaqliqlarini əlindən almayin dərs tədris sistemi yüklüdür beyinleri zehinleri yorulur usaqlarin

Yusif üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*