backend

"Bəzi məmurlar dövlət başçısına müxtəlif formalarda xəyanət edir" - Allah Azərbaycanı qorusun!

Çingiz Səfərov? "Xeyirxah" platformasının təsisçisi, fəal gənc
Çingiz Səfərov, “Xeyirxah” platformasının təsisçisi, fəal gənc

Heydər andı – bu and xalqa və dövlətə xidmət etmək istəyənlərin himninə çevrilməlidir

3 oktyabr 1993-cü il tarixində xalq özünün liderini düzgün seçdi. Oktyabrın 10-da isə Azərbaycan xalqının bugünkü rifahı və dövlətin inkişafı üçün zəmin yarandı. Həmin gün Ulu öndər “… həyatımın sonuna qədər Azərbaycan xalqına sədaqətlə xidmət edəcəyəm” dedi və öz andına sadiq qaldı. İlkin olaraq xalqın iradəsi qalib gəldi. Sonra isə xalqın lideri qalib gəldi. Nəticədə bu gün müstəqil Azərbaycan dünya ölkələri sırasında layiqli yer tutan, öz mövqeyini sərgiləyən güclü dövlətə çevrildi.

Əlbəttə ki, bütün insanlar bərabər hüquqlara malik olduğu kimi bərabər biliyə və bacarıqlara malik deyil. Ətrafımıza nəzər salsaq, kiçik bir müəssisə və ya təşkilatda belə rəhbərlik funksiyasını yerinə yetirə bilməyənlər var. Amma insanın qəlbində Vətən sevgisi varsa, o, tutduğu vəzifədə səlahiyyətləri çərçivəsində gözəl bir missiyanı reallaşdıra bilər. Kiçik bir müəssisə rəhbərindən tutmuş ən ali vəzifəyə qədər.

Təbii ki, elə vəzifələr var ki, bunun üçün yalnız sevgi deyil, bilik, bacarıq və əzmkarlıq lazımdır. Bir insan – xalqın xilaskarı ölkənin ən çətin günlərində hər şeyin öhdəsindən gəldi. Buna nail olmasında əsas amil Vətən sevgisi, digər amil isə dahi Heydər Əlirza oğlu Əliyevin öz gücü idi.

Müstəqilliyi yenicə əldə etmiş dövlətdə baş verən siyasi xaos, hərc-mərclik və daha nələr-nələr… Böyük siyasətçinin uzaqgörənliyi, siyasi gücü, Vətən sevgisi və xalqın Heydər baba sevgisi ilə bütün bunlar tarixə qərq oldu. Ulu öndərin siyasi kursu onun layiqli davamçısı tərəfindən uğurla davam etdirilir. Günbəgün inkişaf edən Azərbaycanımızı qorumaq üçün cənab Prezident İlham Əliyevin yanında olmalı, sevgimiz ilə mənəvi gücümüzü ifadə etməli, Mehriban xanımın “Qoy tanrı Azərbaycanı hər zaman qorusun” duasına amin deməliyik.

Heydər Əliyev Azərbaycan xalqının mənəvi dəyərləri müqabilində tanrının xalqa hədiyyəsidir. Xalqımız ümummilli liderini qəlbində yaşadır və onun dövlətimiz üçün etdiklərini heç bir zaman unutmayacaq. Onun kitablara sığmayacaq xidməti dövlətçiliyə xidmət edən hər bir kəsin “Heydər andı” içməsi və bu anda sadiq qalmasını tələb edir.

Son zamanlar baş verən xoşagəlməz hadisələr, o cümlədən, bəzi məmurların dövlət başçısına müxtəlif formalarda xəyanəti, bəzilərinin isə korrupsiya vəbasına bulaşaraq əhalini incitməsi bizi bir daha “Biz birlikdə güclüyük” devizi altında Heydər Əliyev siyasi kursunun davamçısının ətrafında sıx birləşməyə və gələcəyimiz üçün birlik nümayiş etdirməyə zərurət yaradır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*