Bəzi yerlərdə yağıntılı hava üç gün davam edəcək – XƏBƏRDARLIQbackend

Bəzi yerlərdə yağıntılı hava üç gün davam edəcək - XƏBƏRDARLIQ

Azərbaycanın bəzi rayonlarında müşahidə olunan fasilələrlə yağıntılı hava şəraitinin iyulun 9-u gündüzədək davam edəcəyi, bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə KONKRET.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə dolu düşəcəyi, yağışın intensiv olacağı, şimal və qərb rayonlarında isə güclənəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*