Biləsuvar gömrüyündə nə baş verir? – VİDEObackend

“Biləsuvar” gömrük postundakı problemlə bağlı rəsmi açıqlama

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq belə bildirilib: “Mediada Naxçıvan-Bakı reysi ilə gələn avtobusun sərnişinlərinin “Biləsuvar” gömrük postunda uzun müddət gözləməsi barədə videogörüntülər yayımlanıb.

Yayımlanan görüntülərdə sərnişinlər gömrük nəzarətinin yubadıldığını, soyuq hava şəraitində açıq ərazidə gözlədiklərini iddia edirlər.

Dövlət Gömrük Komitəsi bildirir ki, gün ərzində “Biləsuvar” gömrük postundan keçməklə Naxçıvan-Bakı marşrutu ilə hərəkət edən 5 avtobusla ümumilikdə 200-dən çox sərnişin daşınır və onların gömrük nəzarəti optimal müddətdə həyata keçirilir.

Dekabrın 17-si sərnişinlərin idxal nəzarət xəttinə kütləvi şəkildə daxil olmaları, bəzi şəxslərin isə gətirdikləri mallara dair bəyannamələri vaxtında təqdim etməmələri gömrük nəzarəti tədbirlərinin qismən uzanmasına səbəb olub, qısa müddət ərzində həyata keçirilən tədbirlər nəticəsində vətəndaşların sürətli keçidi tam təmin edilib.

Dövlət Gömrük Komitəsi sərhədkeçmə və rəsmiləşdirilmə proseslərinin optimal vaxt ərzində həyata keçirilməsi üçün vətəndaşlara gömrük qanunvericiliyinə riayət olunmasını tövsiyə edir”.

 

***13:10

Naxçıvandan gələn sərnişinlər səhər saatlarından indiyədək Biləsuvar gömrük postunda gözləmək məcburiyyətində qalıblar.

KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı video çəkən sərnişin saatlardır soyuq havada gözlədiklərini bildirib.

O, təxminən 5-in yarısından etibarən bu acınacaqlı vəziyyətlə üz-üzə qaldıqlarını vurğulayıb:

“Saat 04:27-dən buradayıq. Keçidimizə icazə verilmir. Xəstələr, uşaqlar var. İnsanlar əziyyət çəkirlər. Məlumat verilmir, səbəbini bilmirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*