Biləsuvar rayonu İ.İsmayılıov adına Ovçubərə kənd tam orta məktəbində direktorla müəllim arasında insident yaşanıb.
KONKRET.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayımlanıb.
Görüntülərdə məktəbin direktoru Üzeyr Eyvazov və riyaziyyat müəllimi R.Əmirov arasında baş verən münaqişə lentə alınıb.
Həmin hadisənin görüntülərini təqdim edirik:

Görərsiz bu biyabırçılıqdan sonra təhsil rəhbərliyindən nəsə gic bir bəyanat veriləcək vəssalam. Çünki bu direktor rüşvət verib direktor olub, “aylıgını” “illiyini” vaxtlı vaxtında çatdırıb deyə elə bilir ki, məktəbin müəllimləri onun halal “dədəsinidən qalma malıdır” və istəsə döyməyə, söyməyə də haqqı var. Aşağı yuxarı təhsilimizin 70-80 faizli bu gündədir. Əmirillayevsə büdcə pullarını necə dağıtmaq üçün düşündüyü üçün başqa məsələlərə vaxtı qalmır.