Binə TM-də elektrik dirəyi aşdı – Saatlardır işıq yanmırbackend

Binə TM-də elektrik dirəyi aşdı - Saatlardır işıq yanmır

Binə Ticarət Mərkəzində saatlardır elektrik enerjisinin kəsildiyi bildirilir.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd olunur ki, soyuq hava və qaranlıq səbəbindən mağaza sahibləri obyektləri erkən bağlamaq məcburiyyətində qalıb.

Əldə etdiyimiz məlumata görə, ticarət mərkəzinin yaxınlığında yerləşən 35 kV-lıq elektrik dirəyi aşıb.

Nəticədə ticarət mərkəzinə elektrik verilişində fasilə yaranıb.

Hazırda problemin aradan qaldırılması üçün müvafiq qurumlar tərəfindən işlər aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*