Bir neçə təhsil müəssisəsi rəhbəri barəsində tədbir görüldübackend

Bir neçə təhsil müəssisəsi rəhbəri barəsində tədbir görüldü

Qarabağ Regional Təhsil İdarəsinin müvafiq əmrinə əsasən təhsil müəssisələrində monitorinq aparılıb.

İdarədən KONKRET.az-a verilən məlumata görə, monitorinq zamanı məlum olub ki, Ağcabədi rayonu üzrə təhsil sektorunun 4 nəfər əməkdaşı tərəfindən vəzifə öhdəlikləri vaxtında və düzgün icra olunmayıb.

Nəticə etibarilə təhsil müəssisələrinin fəaliyyətinə nəzarət edilməyib, bir sıra neqativ hallara yol verilib.

Göstərilənləri nəzərə alaraq Ağcabədi rayonu üzrə təhsil sektorunun əməkdaşları və yoxlanılmış təhsil müəssisələrinin rəhbərləri barəsində Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq intizam tənbeh tədbirləri tətbiq edilib.

Hazırda monitorinqlər planlı və ardıcıl şəkildə davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*