Bir nəfər amerikalı milyarderlə şam yeməyinə 19 milyon dollar ödədibackend

Bir nəfər amerikalı milyarderlə şam yeməyinə 19 milyon dollar ödədi

Amerikalı sahibkar, dünyanın ən böyük və ən məşhur investorlarından biri Uorren Baffet onunla nahar etmək hüququnu sonuncu dəfə hərraca çıxarıb. Təklif rekord nəticə əldə edib. Belə ki, anonim qalib 19 milyon dollar ödəyib.

KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı CNBC telekanalı yayıb.

Mənbə yazır ki, cümə gecəsi başa çatan eBay auksionu kriptovalyuta sahibkarı Castin Sunun 2019-cu ildə təklif etdiyi 4,57 milyon dollarlıq rekordu üstələyib.

Bütün gəlirlər yoxsullara, evsizlərə və narkomanlara kömək edən Glide qeyri-kommersiya təşkilatının hesabına köçürülüb. 2004-cü ildə vəfat edən Buffetin birinci həyat yoldaşı Susan bu təşkilatda könüllü olub.

eBay nümayəndələri bildiriblər ki, bu şam yeməyi xeyriyyə məqsədilə şirkətin saytında indiyə qədər nümayiş etdirilən ən bahalı “məhsul”dur.

Baffet 2000-ci ildən bəri xeyriyyə hərracında onunla nahar etmək hüququ üçün oynayır. Pandemiya səbəbindən 2020 və 2021-ci illərdə hərrac baş tutmayıb. Digər illərdə isə 53 milyon dollardan çox vəsait toplanıb. Bu il hərrac sonuncu dəfə keçirilib.

“Forbes”ə görə, investorun sərvəti 93,4 milyard dollardır.

Hərracın qalibi özü ilə yeddi qonaq da dəvət edəcək. Şam yeməyi Manhettendə “Smith & Wollensky” steakhouse-da baş tutacaq. Reuters-in məlumatına görə, Baffet qonaqlarla hara investisiya etməyi planlaşdırdığı barədə deyil, demək olar ki, hər şey haqqında danışacaq.

“Mən dünyanın hər yerindən çoxlu maraqlı insanlarla tanış oldum. Onların ortaq cəhəti odur ki, pulun yaxşı istifadə olunacağına inanırlar”, – Baffet hərrac bitdikdən sonra deyib.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*