ABŞ Konqresinin dörd üzvü (respublikaçılar Bred Uenstrap, Maykl Valts və demokratlar Set Multon, Kay Kaxil) üç günlük səfər üçün Tayvana gedib.
KONKRET.az xəbər verir ki, bu barədə “Taipei Times” qəzeti məlumat yayıb.
Bildirilib ki, konqresmenlər yerli administrasiyanın rəhbəri Tsay İnven, xarici işlər naziri Cozef Vu və Milli Təhlükəsizlik Şurasının baş katibi Qu Lixionqla görüşəcəklər.
Məlumata görə, Konqres üzvləri adaya oktyabrın 11-də gəliblər.
Onlar Tayvan rəsmiləri ilə ikitərəfli əlaqələri, ticarəti, regionda sülh və sabitliyi müzakirə edəcəklər.
Qeyd edək ki, avqustun 2-də ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi Tayvana səfər edib. Adanı öz ərazisi hesab edən Çin buna cavab olaraq Pelosi və onun qohumlarına qarşı sanksiyalar tətbiq edib.
İqbal Rzayev,
KONKRET.az
