“Birinci Qarabağ müharibəsinin xronikası Müdafiə Nazirliyinin saytından silinib”.
KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin rəsmi saytı məlumat verib. Ermənistanın rayon və ya kəndi “azad etdiyi” gün, həyata keçirilən əməliyyatların təfərrüatlarını əks etdirən birinci Qarabağ müharibəsinin xronikası saytdan silinib.
Müdafiə Nazirliyi bildirib ki, texniki problemlər var, amma reallıq bu arqumentlərin çox uzaq olduğunu göstərir. “Müdafiə Nazirliyinin rəsmi saytında birinci Qarabağ müharibəsinin xronikası hələ də yoxdur”, – sayt bildirib.
“Bundan əlavə, Ermənistanın milli qəhrəmanları haqqında məlumat bölməsi də yoxdur. Onlar “Kitabxana” bölməsində idilər”, – deyə bildirilib.
P.S. 30 ildə mənfur düşmənin vurduğu yaralar incitsə də, sağalacaq, amma düşmənçilik edən, nifrət yağdıran ermənilərin “tarixi” elə tarixin qaranlıq səhifəsinə qovuşacaq.
Xuraman Etibarlı,
KONKRET.az