“Bitcoin”in qiyməti kəskin bahalaşdıbackend

"Bitcoin"in qiyməti kəskin bahalaşdı

Kriptovalyuta bazarında son sutka ərzində kəskin bahalaşma qeydə alınıb.

KONKRET.az apa-ya istinadən bildirir ki, “CoinMarketCap” platformasında Bitcoin son 24 saatda 7,44% bahalaşaraq 69 066,66 ABŞ dollarına yüksəlib.
“Ethereum”da daha kəskin artım qeydə alınıb.

Kriptovalyutanın qiyməti sutka ərzində 17,52% artaraq 2 244,8 dollara çatıb.

Digər əsas kriptovalyutalardan BNB 3,75% bahalaşaraq 623,99 dollara, Zcash 9,51% artaraq 552,76 dollara, Monero isə 4,29% yüksələrək 426,82 dollara çatıb.

Bitcoin Cash 3,05%, Bittensor isə 7,02% bahalaşıb.
Son 24 saatda ümumi kriptovalyuta bazarının kapitallaşması 7,27% artaraq 2,35 trilyon dollara yüksəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*