Biz heç vaxt Nobel mükafatı ala bilməyəcəyik – AMEA prezidentibackend

Biz heç vaxt Nobel mükafatı ala bilməyəcəyik - AMEA prezidenti

Yazıçılarımız Nobel mükafatının verilməsi ilə bağlı tez-tez narazılıqlarını ifadə ediblər. Hətta Məmməd Araz bununla bağlı şeir də yazıb.

KONKRET.az xəbər verir ki, bunu AMEA prezidenti akademik İsa Həbibbəyli “Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar” adlı konfransda deyib.

“Əlbəttə, bizim də haqqımız var. Ona görə də bizim sərvətimiz qədər intelkektual tərəflərimiz də o istiqamətdə çalışmalıdır”, – akademik əlavə edib.

AMEA prezidenti Nobelin əlçatmazlığı, müqəddəsliyinin adamlarda ciddi məsuliyyət yaratdığını vurğulayıb:

“Adamlar ona əlçatan kimi baxmayıblar. Bu mənada bizim məqsədimiz həmin mifləri qırmaq, eyforiyanı aradan qaldırmaqdır. Tanzaniyalı bir adam, vyetnamlı siyasətçi, banqladeşli bir nəfər həmin mifləri götürdüyü kimi biz də götürməliyik. Nobelə gedən yolda addımlamalıyıq. Biz iddialı olmadıqca, heç vaxt bu mükafatı ala bilməyəcəyik”.

O qeyd edib ki, Azərbaycan Nobelə ən az müraciət edən ölkələr sırasındadır:

“Fatma Rəhimova Vəlicanova adında bir həkim müharibə illərində namizəd olub və I dünya müharibəsi başladığı üçün mükafat öz fəalliyyətini dayandırıb. Nəticədə müraciət cavabsız qalıb. Daha sonra yüksək oktanlı benzinin kəşfinə görə, Yusif Məmədəliyevin adı namizəd kimi təqdim edilib. Bunun əksini iddia edənlər, yəni yanlış informasiya olduğunu deyənlər də var, təbii”, – akademik deyib.

İsa Həbibbəyli son illərdə isə Xalq yazıçısı Kamal Abdullanın namizədliyi məsələsinə toxunub:

“Kamal Abdullanın “Yarımçıq əlyazma” əsəri də Nobel mükafatına təqdim olunub və qeydiyyatdan keçib. Bütün bunlar mükafat istiqamətində mühüm addımlardır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*