“Biz onları bura dəvət etməmişik”: Danilov iranlı təlimatçıların vurulduğunu TƏSDİQLƏDİbackend

"Biz onları bura dəvət etməmişik": Danilov iranlı təlimatçıların vurulduğunu TƏSDİQLƏDİ

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov işğal altındakı Krımda ruslara Şahed-136 kamikadze pilotsuz uçuş aparatları idarə etməyi öyrədən iranlı təlimatçıların öldüyünü təsdiqləyib.

KONKRET.az-ın məlumatına görə, bu barədə “The Guardian” yazır

“Olmamalı olduğun yerdə olmamalısan. Onlar bizim ərazimizdə idilər. Biz onları bura dəvət etməmişik və əgər onlar terrorçularla əməkdaşlıq edib millətimizin məhv edilməsində iştirak edirlərsə, biz onları öldürməliyik”, – Danilov bildirib.

Xatırladaq ki, oktyabrda İsrail mətbuatı Ukrayna Silahlı Qüvvələrinin işğal altındakı Krıma endirdiyi zərbələr nəticəsində 10-a yaxın iranlı təlimatçının həlak olduğunu bildirib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*