“Bizi bir qələmlə silmək kimlər üçün belə asan oldu?” – AMEA ilə bağlı QƏRARA ETİRAZbackend

"Bizi bir qələmlə silmək kimlər üçün belə asan oldu?" - AMEA ilə bağlı QƏRARA ETİRAZ

“Bu gün Nazirlər Kabinetinin “qərarı” ilə AMEA-nın strukturu təsdiqlənib və çox təəssüf ki, mənim çalışdığım Elm Tarixi İnstitutunun adını orda görmədik”.

KONKRET.az xəbər verir ki, bu sözləri tarixçi alim Zaur Əliyev deyib.

O, bildirib ki, bu qədər illər ərzində böyük işlər görən, neçə-neçə beynəlxalq konfranslar keçirən, 6 ildə 100-ə yaxın kitab, 300 dən çox nüfuzlu jurnallarda məqalə çap edən əməkdaşlar bir qərarla işsiz qalıblar.

“Nazirlər Kabinetinin siyahısında bizim İnstitutun adını görməmək burda çalışan dəyərli alimlərin haqqını və hüquqlarını pozmaqdır. Ölkədə belə bir çətin vəziyyətdə cəmiyyətdə tanınan alimləri işsiz qoymaq nəyə lazım idi? Kimlərə lazım idi: Bu qədər insan işsiz nə edəcək? Harda işləyəcəklər? Hansı elmi institutda çalışacaqlar? Nəyə görə də? Bizi bir qələmlə silmək kimlər üçün belə asan oldu? Mən Azərbaycan Respublikası Prezidentinə müraciət edirəm. Niyə görə bizim hüququmuz pozulur? Bizim işsiz qalmağımız nə verəcək?” – deyə Zaur Əliyev bildirib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*