“Bizim hakimiyyəti ələ keçirmək istəyimiz yoxdur, hər şeyi xalq həll edəcək” – Erməni arxiyepiskop backend

"Bizim hakimiyyəti ələ keçirmək istəyimiz yoxdur, hər şeyi xalq həll edəcək" - Erməni arxiyepiskop 

“Etiraz etmək üçün Allah bizə yol göstərir”.

KONKRET.az xəbər verir ki, bu sözləri erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapaxyan bildirib.

Arxiyepiskop qeyd edib ki, onların hakimiyyəti ələ keçirmək həvəsi yoxdur, onlar yalnız milli, erməni, xristian hakimiyyətinə sahib olmağa çalışırlar və buna xalq qərar verəcək.

“Əgər insanlar bir daha kilsənin səsinə qulaq asmamaq istəsələr, bunun acı nəticələri olacaq. İnsanlar həmişə Kilsəyə qulaq assalar, həmişə qalib gələcəklər. İndi məhz bu məqamdır: dinləsələr qalib gələcəklər, yoxsa uduzacaqlar”, – Şirak yeparxiyasının rəhbəri vurğulayıb.

“Ola bilər ki, o, sovet illərində olduğu kimi kilsə üzvlərini fiziki məhv etməklə müəyyən müddətə onun fəaliyyətini dayandıra bilsinlər. Amma bu, onlara baha başa gələr. Çünki ideoloji mübarizədə kilsəni məğlub etmək mümkün deyil”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*