“Lazım gələrsə, əlinizdə silah ölkənizi müdafiə etməlisiniz”.
KONKRET.az xəbər verir ki, bunu Qarabağdakı quldur rejimin “müdafiə nazirliyi”nin keçmiş rəisi Senor Asratyan öz Facebook səhifəsində yazıb.
O, ölkəsinin mövcudluğu üçün lazım gələrsə, silah-sursatla müdafiə olunmalı olduğunu bildirib.
“Mən həmişə təəccüblənirəm, bizim xalq düşmənlərimizdən daha sülhsevərdir.
1994-cü ilin mayında biz bunun şahidi olduq.
Demə, illərdir təmas xəttində süni şəkildə gərginliyi saxlayaraq, eyni zamanda qisas almağa da hazırlaşırmış…
İndi sual olunur: əgər qondarma sülh bizim üçün daha üstün və zəruridirsə, niyə dünyanın demək olar ki, bütün güclü ölkələri, o cümlədən düşmənimiz müharibəni bu qədər “sevirlər”?
Bilirsən niyə? Çünki bir ölkəyə sahib olmaq üçün, lazım gələrsə, onu həm də silahla qorumaq lazımdır. Əks halda sülhdən danışmaq özünü aldatmaqdan başqa bir şey deyil, öz dövlətçiliyinin məhvinə gətirib çıxarır…”, – deyə o sərsəmləyib.
P.S. Qondarma rejimin separatçı tör-töküntülərinin və erməni xalqının “sülhsevər”liyini 30 il ərzində görmüşük və 44 günlük Vətən müharibəsindən sonra təklif etdiyimiz Sülh sazişini imzalamamalarında da bunun şahidiyik.
Xuraman Etibarlı,
KONKRET.az
