Blinkenin fəallığı erməniləri təşvişə saldı – “O,  bizi Rusiyadan qoparıb Azərbaycana yaxınlaşdıracaq”backend

Blinkenin fəallığı erməniləri təşvişə saldı - "O, bizi Rusiyadan qoparıb Azərbaycana yaxınlaşdıracaq"

“Blinken bizi Rusiyadan qoparıb yenidən Azərbaycana yaxınlaşdırmaq üçün səy göstərəcək”

KONKRET.az xəbər verir ki, bu sözləri erməni politoloq Artur Xaçikyan bildirib.

Onun sözlərinə görə, bu vəziyyət Azərbaycanı qane edir.

“Avropa İttifaqı bizə görə heç vaxt Azərbaycana sanksiya tətbiq etməyəcək. Qarabağda etnik təmizləməni dünya görmədi. Bu məsələnin üzərindən sakit keçmək olmaz. Deməli, bloknotlarla, binokllarla jestlər nəyə lazım idi, başa düşə bilmirəm. O ki qaldı, hərbi eskalasiyanın baş vermə ehtimalı, Bakı tərəfindən bu, təhlükə gözlənilir. Amma inanın ki, bizi heç kim müdafiə etməyəcək. 44 günlük müharibədə də belə oldu. Ondan sonrakı qısamüddətli əməliyyatlarda da. Fajtiki biz 3 müharibə apardıq. Amma kim bizim köməyimizə gəldi?!

Biz Qərblə belə birtərəfli şəkildə əməkdaşlıq etməklə Rusiya əleyhinə işləyirik ki, bu da düşmənimizə kömək etmək deməkdir”, – deyə politoloq fikrini yekunlaşdırıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*