Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) ötən həftə İranın 84%-ə qədər zənginləşdirilmiş uran aldığını aşkar edib.
KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilib ki, bu, nüvə silahı yaratmaq üçün tələb olunan səviyyədən 6% aşağıdır.
Qeyd olunub ki, AEBA müfəttişləri İranın bu səviyyəyə qədər zənginləşdirilmiş uranı bilərəkdən istehsal edib-etmədiyini araşdıracaq.
Agentliyin məlumatına görə, beynəlxalq təşkilatın nümayəndə heyəti yanvar ayında Fordo obyektində qəfil təftişdən sonra uranı 60%-ə qədər zənginləşdirən IR-6 sentrifuqalarının iki kaskadının işində dəyişikliyə görə İranı tənqid edib.
İqbal Rzayev,
KONKRET.az
