Prezident Ərdoğan zəlzələyə baxmayaraq, mayın 14-də seçki keçirmək niyyətindədir.
KONKRET.az xəbər verir ki, bu barədə Bloomberg vəziyyətlə tanış olan rəsmilərə istinadən məlumat yayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8000-dən çox insanın həyatına son qoyan irimiqyaslı zəlzələyə baxmayaraq, mayın 14-də Türkiyədə ümumi seçkilər keçirmək niyyətindədir.
Fevralın 7-də Ərdoğan zəlzələ ilə əlaqədar ölkədə 90 günlük fövqəladə vəziyyət elan edib.
Bloomberg mənbələrinə görə, prezident seçkiləri əvvəlcədən planlaşdırıldığı kimi mayın 14-də keçirməyi planlaşdırır və fövqəladə vəziyyət daha tez başa çata bilər.
Xuraman Etibarlı,
KONKRET.az
