Ermənistanda yarım milyon insan aclıqdan əziyyət çəkir.
KONKRET.az “Report”a istinadən xəbər verir ki, bu barədə statistik məlumat BMT-nin Ümumdünya Ərzaq Proqramının “Aclıq xəritəsi”ndə yer alıb.
Məlumata görə, Ermənistanda 500 min insan qida çatışmazlığı ilə üzləşib.
Qeyd edilir ki, hazırda Ermənistan əhalisinin sayı 3 milyon nəfərdir.
