Konkret.az xəbər verir ki, Özbəkistan keçmiş Sovet İttifaqının ən xoşbəxt ölkəsidir. Bu barədə Birləşmiş Millətlər Təşkilatının hazırladığı Ümumdünya Əhalinin Rifah İndeksində deyilir.
Reytinq adambaşına düşən ÜDM, sosial təminat, uzunömürlülük, hüquq və azadlıqlar, xeyriyyəçilik və korrupsiya kimi amillərə əsaslanır.
2019-cu il reytinqinə görə, Özbəkistan 10 ballıq xoşbəxtlik sistemində 6,17 bal toplayaraq dünyada 41-ci yerdə qərarlaşıb. Müqayisə üçün, keçmiş Sovet İttifaqının ən çiçəklənən respublikaları olan Baltikyanı ölkələr Özbəkistandan bir qədər aşağıdır – Litva 42-ci, Latviya 53, Estoniya 55-dir.
Müstəqil Dövlətlər Birliyinin üzvü kimi Gürcüstan 156 ölkə arasında 119-cu yeri tutub. Xoşbəxtlik reytinqində digər MDB ölkələri: Qazaxıstan 60-cı, Rusiya 68, Moldova 71, Tacikistan 74, Belarus 81, Qırğızıstan 86, Türkmənistan 87, Azərbaycan 90, Ermənistan 116, Ukrayna 133-cü yerdə qərarlaşıb.
Konkret.az
