“BMT Qarabağ erməniləri üçün son çarədir” – Kirakosyanbackend

"BMT Qarabağ erməniləri üçün son çarədir" - Kirakosyan

“BMT Qarabağ erməniləri üçün son çarədir”.

KONKRET.az xəbər verir ki, bunu Beynəlxalq Ədalət Məhkəməsinin iclasında Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan deyib.

“Ermənistan Məhkəmədən Azərbaycanın Laçın dəhlizinin hər iki istiqamətdə “blokada”sını dayandırmağı tələb edir”, – o deyib.

Onun sözlərinə görə, erməni tərəfi bu məsələlərin 2022-ci il dekabrın 20-də iclası keçirilən BMT Təhlükəsizlik Şurasında həll olunacağına ümid edirdi.

“Bu cür ört-basdır edilməmiş etnik təmizləmə aktlarının müasir dünyada yeri olmamalıdır və BMT Məhkəməsi Qarabağ erməniləri üçün son çarədir”, – deyə Kirakosyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*