BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya görə TOPLANIRbackend

BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya görə TOPLANIR

BMT Təhlükəsizlik Şurasının KXDR-in raket buraxılışlarına dair iclası bu gün, fevralın 20-də yerli vaxtla saat 15:00-da keçiriləcək.

KONKRET.az Kommersant“a istinadən xəbər verir ki, Yaponiya iclasa ev sahibliyi etməyi xahiş edib.

Qeyd edək ki, ilin əvvəlindən Şimali Koreya üç raket buraxılışı həyata keçirib.

Fevralın 18-də KXDR bir qitələrarası ballistik raket buraxıb, fevralın 20-də isə iki ballistik raket Yaponiyanın xüsusi iqtisadi zonasından kənara düşüb. Tokio raket buraxılışına görə Pxenyana etiraz edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*