“Bolton və Pelosi: Dejavyü” – Erməni deputatdan BƏNZƏTMƏbackend

"Bolton və Pelosi: Dejavyü" - Erməni deputatdan BƏNZƏTMƏ

Boltonun səfərindən sonra çox şey itirdik, indi də Pelosi gəldi.

KONKRET.az xəbər verir ki, bu barədə “Ermənistan” fraksiyasının deputatı Andranik Tevanyan öz Facebook səhifəsində yazıb.

“Ümid edirəm ki, ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonun səfərindən sonra baş verən hadisələri unutmamısınız. Unudanlar üçün kiçik yaddaş yeniləməsi edirəm.

Bolton erməni xalqına tarixi stereotiplərdən qurtulmağı, yəni anti-Rusiya meydanına daxil olmağı, Rusiya hərbi bazasını Ermənistandan çıxarmağı, Qarabağı Azərbaycana verməyi, Türkiyə və Qərbə qarşı xarici siyasət vektorunu dəyişməyi təklif etdi.

Boltonun səfəri zamanı Nikol Paşinyan bəyan etdi ki, İran-Ermənistan sərhədi bağlana bilər.

Yeri gəlmişkən, Bolton ABŞ-da çox yüksək statusa malik bir məmur idi. Hakim dairə onun səfərini epoxal hesab edirdi.

Boltonun səfəri, doğrudan da, əlamətdar hadisə oldu, amma Türkiyə və Azərbaycan üçün. “Arsax” dövlətçiliyini itirdi, ərazilər təslim edildi, düşmən Şuşaya girdi, minlərlə erməni öldü…

Boltonun səfəri 2018-ci ildə baş tutmuşdu.

İndi ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistandadır – hakim dairə onun səfərini epoxal hesab edir…”, – deyə  Tevanyan yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*