Bortnikovdan ŞOK: Budanov qanuni hədəfimizdir!backend

Bortnikovdan ŞOK: Budanov qanuni hədəfimizdir!

“Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Rusiya ordusu üçün qanuni hədəfdir”.

KONKRET.az xəbər verir ki, bu sözləri FTX-nin (FSB) direktoru Aleksandr Bortnikov bildirib.

“Rusiyaya və Rusiya vətəndaşlarına qarşı cinayət törədənlər qanuni hədəflərdir”, – deyə o, “Crocus” teraktının arxasında Ukrayna və şəxsən Budanovun durduğunu iddia edib.

O deyib ki, terror aktını törədənlər Rusiyada vəziyyəti gərginləşdirmək, cəmiyyətdə təşviş yaramaq məqsədi güdüblər.

Onun sözlərinə görə, terror aktının təşkilatçısı hələ müəyyən edilməyib, lakin FTX-də bu hücumun arxasında ABŞ, Böyük Britaniya və Ukraynanın dayandığını göstərən “inkişaflar” var. O vurğulayıb ki, şübhəlilərin dairəsi genişləndiriləcək:

“Həm ölkə daxilində, həm də xaricdə bu qətliamın bütün iştirakçılarının müəyyən edilməsi üçün çox işlər görülür. Bütün əməliyyat bölmələrimiz o işdə, o cümlədən dost dövlətlərin kəşfiyyat xidmətləri ilə əməkdaşlıqda fəal iştirak edir”.

ABŞ-ın Moskvada terror aktı hazırlanması barədə xəbərdarlıq etməsinə aydınlıq gətirən FTX-nın direktoru deyib ki, belə bir xəbərdarlıq alınmışdı, lakin həmin məlumat ümumi xarakter daşıyırdı. Axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*