Böyük Britaniya ordusunun “YouTube” və “Twitter” hesabları sındırıldıbackend

Böyük Britaniya ordusunun "YouTube" və "Twitter" hesabları sındırıldı

Böyük Britaniya Ordusunun “Twitter” və “YouTube” hesabları sındırılıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Britaniya Silahlı Qüvvələrinin nümayəndəsinin yaydığı bəyanatda deyilib.

Bildirilib ki, Böyük Britaniya ordusunun “YouTube” kanalında iş adamı İlon Maskın görüntülərindən istifadə edilən kriptovalyuta ilə bağlı videolar yayılıb.

Həmçinin “Twitter”də NFT-lər haqqında bir neçə yazı retweet edilib.

Ordudan məlumat təhlükəsizliyinə çox ciddi yanaşdıqlarını və hər iki hesabın geri alındığını bildiriblər.

“İstintaq başa çatana qədər əlavə şərh vermək yersiz olardı. Hesabların adı dəyişdirilib və haker hücumunun arxasında kimin dayandığı bəlli deyil. Tam araşdırma aparacağıq və bunun necə baş verdiyini öyrənəcəyik. Bizi izlədiyiniz üçün təşəkkür edirik”, – Ordu sözçüsü bildirib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*