Böyükşor sahilindəki köpük nədir?backend

Böyükşor sahilindəki köpük nədir?

Böyükşor bulvarının sahil hissəsində yaranan naməlum köpüklənmə ərazidə yaşayan sakinlərin narahatlığına səbəb olub.

KONKRET.az xəbər verir ki, vətəndaşların sözlərinə görə, son günlər sahil boyunca ağ rəngli köpük əmələ gəlib. Onların sözlərinə görə, köpüklənmə ilə yanaşı, ərazidə xoşagəlməz qoxu da hiss olunur.

Yaranmış vəziyyətə münasibət bildirən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən qeyd olunub ki, məsələ araşdırılması üçün aidiyyəti quruma yönləndirilib. Araşdırmanın nəticələri məlum olduqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.

Xatırladaq ki, Böyükşor bulvarında oxşar hallar əvvəlki illərdə də qeydə alınıb. Hazırkı köpüklənmənin səbəbi isə müvafiq araşdırmalar başa çatdıqdan sonra dəqiqləşəcək.\\milli.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*