BP-nin baş icraçı direktoru İlham Əliyevi təbrik etdibackend

BP-nin baş icraçı direktoru İlham Əliyevi təbrik etdi

Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda BP Qrupunun baş icraçı direktoru Bernard Luni ilə görüşü olub.

KONKRET.az xəbər verir ki, BP Qrupunun baş icraçı direktoru Azərbaycanda əldə olunmuş böyük nailiyyətlər və sürətli inkişaf prosesləri ilə bağlı Prezident İlham Əliyevi təbrik edib.

Dünyada böyük maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycanın qazandığı uğurların önəmini vurğulayan Bernard Luni, eyni zamanda, azad edilmiş ərazilərdə inşaat infrastrukturu sahəsində görülən genişmiqyaslı işləri qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*