Braziliya – Azərbaycan oyunu-Tarix bəlli oldubackend

Braziliya – Azərbaycan oyunu - Tarix bəlli oldu

Qadın voleybolçular arasında 2020-ci ildə Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirin təqvimi açıqlanıb.

APA-nın məlumatına görə, Azərbaycan yığmasının da oyunlarının vaxtı dəqiqləşib.

D qrupunda yer alan Covanni Kapraranın rəhbərlik etdiyi komanda ilk qarşılaşmasında Dominikan Respublikası ilə üz-üzə gələcək. Bu matç avqustun 1-də olacaq. Voleybolçularımız ertəsi gün ev sahibi Braziliya ilə gücünü yoxlayacaq. Qrupda son matçda rəqib isə Kamerun yığması olacaq. Bu görüş avqustun 3-də baş tutacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*