Braziliya prezidenti vəzifəsinə namizəd qadınlara pulsuz smartfon vəd etdibackend

Braziliya prezidenti vəzifəsinə namizəd qadınlara pulsuz smartfon vəd etdi

Braziliya prezidentliyinə namizəd, sağçı siyasətçi və senator Flaviu Bolsonaro oktyabrda keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə, aztəminatlı braziliyalı qadınları pulsuz mobil telefon və internetlə təmin edəcəyinə söz verib.

KONKRET.az oxuaz-a istinadən xəbər verir ki, bu barədə siyasətçi özü bəyan edib.

“Biz mobil rabitə operatorları ilə danışıqlar aparmışıq və onlar 70 milyon qadının rabitəyə çıxışını təmin etməkdə hökumətə kömək etməkdə olduqca maraqlıdırlar. Seçki kampaniyası çərçivəsində smartfon almaq imkanı olmayan şəxslərə birbaşa cihazların paylanmasını müzakirə edirik”, – deyə o bildirib.

“Poder360” portalının məlumatına görə, siyasətçi bu təşəbbüsün maliyyə mənbələrini və özəl şirkətlərin iştirak payını hələlik açıqlamayıb. Onun seçki qərargahından bildirilib ki, bu proqram qadınlara məsafədən təhsil almağa, iş axtarmağa, biznes qurmağa və məişət zorakılığı halları barədə məlumat verməyə imkan yaradacaq.

Braziliya mediasının hesablamalarına görə, dövlət yalnız hazırkı sosial müavinət proqramlarının iştirakçısı olan 28.7 milyon qadın üçün orta qiyməti 700 real (təxminən 125 dollar) olan ən sadə smartfonları alarsa, bu vədin yerinə yetirilməsi büdcəyə 20 milyard realdan (3.5 milyard dollardan çox) baha başa gələcək. Üstəlik, bu məbləğə mobil internet paketlərinin aylıq ödəniş xərcləri daxil deyil.

Qeyd edək ki, oktyabrda Braziliyada növbəti prezident seçkisi keçiriləcək. Hazırkı dövlət başçısı Luis İnasio Lula da Silva seçkidə iştirak edəcəyini artıq təsdiqləyib. Onun əsas rəqibinin isə eks-prezident (2019-2022) Jair Bolsonaronun oğlu, Rio-de-Janeyro ştatından olan senator Flaviu Bolsonaro olacağı gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*