“Brent”in qiyməti 44 dolları ötdübackend

“Brent”in qiyməti 44 dolları ötdü

ABŞ Enerji Departamenti “Brent” markalı neftin qiymətinə dair 2020-ci il üçün proqnozunu 41,19 ABŞ dollardan 40,61 ABŞ dollaradək azaldıb. Bu açıqlamadan sonra dünya bazarlarında neft qiymətləri 3,75 % artıb.

KONKRET.az xəbər verir ki, bunu ticarət platformasının məlumatları sübut edir.

Bakı vaxtı ilə saat 00:05-ə olan məlumata görə, “Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti 3,75% artaraq bir barel üçün 43,99 ABŞ dollarına, WTI markalı neftin fyuçersləri isə 3,64% artaraq bir barel üçün 42,1 ABŞ dollarına çatıb.

Sonuncu dəfə “Brent” markalı neftin qiyməti 44 ABŞ dollarını sentyabr ayında keçib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*