Britaniya Assanjı ABŞ-a təhvil verəcək: Onu 175 il həbs gözləyirbackend

Britaniya Assanjı ABŞ-a təhvil verəcək: Onu 175 il həbs gözləyir

Böyük Britaniyanın daxili işlər naziri Priti Patel Culian Assancı ABŞ-a ekstradisiya etmək qərarına gəlib.

KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı Euronews telekanalı yayıb.
Mənbə yazır ki, jurnalisti 175 il həbs cəzası gözləyir.

Xatırladaq ki, aprelin əvvəlində London məhkəməsi Wikileaks-in təsisçisinin ekstradisiyasına dair qərar çıxarmışdı.

Assancın 14 gün ərzində apellyasiya şikayəti vermək hüququ olub. ABŞ-da jurnalist casusluqda və məxfi məlumatları açıqlamaqda ittiham olunur. Ötən il vəkillər ekstradisiya qərarını ləğv edə biliblər.

Roman Göytürk, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*