Britaniya kəşfiyyatı: 15 min milyonçu artıq Rusiyanı tərk etməyə çalışırbackend

Britaniya kəşfiyyatı: 15 min milyonçu artıq Rusiyanı tərk etməyə çalışır

Rusiyanın biznes elitası və oliqarx icması arasında Ukraynaya qarşı müharibəyə skeptisizm (şübhə) artmaqdadır.

KONKRET.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının hazırladığı və Britaniya Müdafiə Nazirliyinin dərc etdiyi gündəlik icmalda deyilir.

“Miqrasiya ərizələri göstərir ki, 15.000 rus milyonçu artıq ölkəni tərk etməyə çalışır. Motivlər çox güman ki, Ukrayna işğalına qarşı müqavimətdir, həm də Rusiyaya tətbiq edilən sanksiyaların maliyyə nəticələrindən qaçmaq niyyətidir. Müharibə davam edərsə, Rusiya iqtisadiyyatına vurulan uzunmüddətli ziyan daha da artacaq.

Qeyd olunur ki, rusların əksəriyyəti sosioloqlara “xüsusi əməliyyatı” dəstəklədiklərini desələr də, əhalinin bir hissəsi həm aktiv, həm də passiv şəkildə fikir ayrılığını nümayiş etdirir.

“Ruslardan ibarət “Rusiyanın azadlığı üçün legion” demək olar ki, Ukrayna hərbçiləri ilə birlikdə döyüşür. Bəzi yüksək rütbəli rus məmurları müharibəni tənqid etdikdən sonra çox güman ki, kənarda qalacaqlar”, – bəyanatda deyilir.

Cəbhədəki vəziyyətə gəlincə, son 24 saat ərzində Rusiya qüvvələri Popasna istiqamətində uğur qazanıb və Severodonetski cənubdan mühasirəyə almağa çalışır.

Roman Göytürk, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*