Britaniya kəşfiyyatı: Kreml uğursuzluqların günahını ordunun üzərinə atırbackend

Britaniya kəşfiyyatı: Kreml uğursuzluqların günahını ordunun üzərinə atır

Rusiya hərbi rəhbərliyindəki istefalarla bağlı son tendensiyalar Kremlin Ukraynaya qarşı müharibədəki uğursuzluqlarına və yanlış hesablamalarına görə günahı generalların üzərinə atmağa hazırlaşdığını göstərir.

KONKRET.az-ın məlumatına görə, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Ukraynadakı müharibə ilə bağlı noyabrın 6-na olan icmalında deyilir.

Xatırladaq ki, noyabrın 3-də işdən çıxarılan Mərkəzi Hərbi Dairə komandiri general-polkovnik Aleksandr Lapinin yerinə general-mayor Aleksandr Linkovun təyin edildiyi ilə bağlı məlumat yayılıb. Əgər məlumat rəsmi təsdiqlənərsə, bu, Rusiya komandirlərinin dəyişdirilməsinin növbəti nümunəsidir. Kəşfiyyat xatırladır ki, Lapin bundan əvvəl Çeçenistan lideri Ramzan Kadırov və Vaqner PMC-nin rəhbəri Yevgeni Priqojin tərəfindən açıq şəkildə tənqid edilib.

“Bu istefalar döyüş meydanında məqsədlərinə çatmamaqda Rusiyanın yüksək komandanlığını günahlandırma meylinin göstəricisidir. Bu, qismən daxili auditoriyanın gözündə Rusiya Federasiyasının yüksək rəhbərliyindən günahı aradan qaldırmaq cəhdi kimi görünür” – deyə Britaniya kəşfiyyatı qeyd edir.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*