Britaniyanın Bristol şəhərində yerli sakinlərdən biri psixoterapevtin tövsiyəsi ilə evdə 300-ə yaxın tarantul saxlayır.
KONKRET.az xəbər verir ki, bu barədə “Daily Star” nəşri məlumat yayıb.
Bildirilib ki, həkim Aron Finiks adlı şəxsə bipolyar pozğunluq diaqnozu qoyub və ona psixi sağlamlığı üçün hobbi tapmağı tövsiyə edib.
Bundan sonra britaniyalı hörümçək toplamağa başlayıb.
İqbal Rzayev,
KONKRET.az
