Britaniyada III Çarlzın təsviri olan ilk sikkələr təqdim edildi – FOTObackend

Britaniyada III Çarlzın təsviri olan ilk sikkələr təqdim edildi - FOTO

Böyük Britaniya Kral Sikkəxanası Kral III Çarlzın təsviri olan 5 funt sterlinq və 50 funt sterlinqlik sikkələri təqdim edib.

KONKRET.azKommersant”a istinadən xəbər verir ki, sikkələr ingilis heykəltəraş Martin Cennings tərəfindən hazırlanıb.

Belə ki, Kral III Çarlz tacsız təsvir edilib. Numizmatik ənənələrə uyğun olaraq onun profili sola baxır. Sikkənin kənarları boyunca latın dilində “Kral III Karl, Allahın lütfü ilə, imanın müdafiəçisi” (lat. Dei Gratia Rex Fidei Defensor) yazılıb.

5 funt sterlinqlik sikkənin digər tərəfində isə II Elizabetin iki portreti təsvir olunub və onun hakimiyyəti illəri (1926–2022) yazılıb.

Qeyd edək ki, sikkələrin xüsusi kolleksiyası bazar ertəsi, oktyabrın 3-də buraxılacaq.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*