Britaniyada “Meymun çiçəyi”nə 11 yeni yoluxma qeydə alındıbackend

Britaniyada “Meymun çiçəyi”nə 11 yeni yoluxma qeydə alındı

Böyük Britaniyada insanlar arasında “Meymun çiçəyi” virusuna daha 11 yoluxma halı qeydə alınıb.

KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin səhiyyə naziri Sacid Cavid açıqlayıb.

Onun sözlərinə görə, yoluxan şəxslər xəstəliyi yüngül formada keçirir. Nazir, həmçinin qeyd edib ki, Böyük Britaniya “Meymun çiçəyi” xəstəliyinə qarşı vaksinin əlavə dozalarını alıb.

Xatırladaq ki, Böyük Britaniyada mayın 7-dən etibarən ümumilikdə 9 yoluxma halı aşkar olunmuşdu.

Hazırda isə dünyanın müxtəlif ölkələrində sözügedən virusa 60-dan çox yoluxma qeydə alınıb. Virus əsas olaraq ABŞ, Kanada, İspaniya, İtaliya, Portuqaliya, Böyük Britaniya və Avstraliyada aşkarlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*