Britaniya hakimiyyət dəyişikliyindən sonra iqtisadiyyatın enerji, nəqliyyat və maliyyə sektorlarında Suriyaya qarşı sanksiyaları yumşaldacaq.
KONKRET.az xəbər verir ki, bunu Britaniya parlamentinin İcmalar Palatasında çıxış edən Britaniya xarici işlər nazirinin müavini Stiven Doughty deyib:
“Mən bildirmək istəyirəm ki, hökumət yaxın aylarda Suriyaya qarşı tətbiq edilən sanksiyaları yumşaltmağı bir daha nəzərdən keçirəcək. Biz bu dəyişiklikləri Suriya xalqına öz ölkələrinin yenidən qurulmasında dəstək olmaq, təhlükəsizlik və sabitliyin inkişafına kömək üçün edirik. Bunlara enerji, nəqliyyat və maliyyə sektorlarına tətbiq edilən məhdudiyyətlərin yumşaldılması və humanitar yardımın çatdırılması üçün davamlı səyləri dəstəkləmək üçün müddəalar daxildir” .
Vəli Həsənoğlu,
KONKRET.az