Gələn il veteranlara verilən 80 manat artırılacaq? –Detallar açıqlandıbackend

Gələn il veteranlara verilən 80 manat artırılacaq? – Detallar açıqlandı

Pensiyaların hər il indeksləşdirilərək artırılması digər sosial ödənişlərin də yüksəldiləcəyi ilə bağlı gözləntilər yaradır. Bu baxımdan müharibə veteranlarına hazırda ödənilən aylıq 80 manatlıq müavinətin 2027-ci ildə artırılması məsələsi də gündəmdədir.

Bəs gələn il müharibə veteranlarının müavinəti 100 manata çatdırıla bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova bildirib ki, hər il pensiyaların indeksləşdirilməsi ilə əlaqədar artım həyata keçirilir. Lakin bu artım bütün sosial ödənişlərə avtomatik şəkildə şamil olunmur.

Təqaüd alanlara VACİB XƏBƏR: Bu halda pensiya kapitalını birdəfəlik ala  biləcəksiniz | KONKRET

Ekspertin sözlərinə görə, vətəndaşlarda bəzən pensiyaların artımı ilə yanaşı, sosial müavinət və digər ödənişlərin də avtomatik artırılacağı ilə bağlı yanlış təsəvvür yaranır:

“Veteranlara verilən müavinətin artırılması Prezidentin fərmanı və ya qərarı ilə tənzimlənir. Növbəti il üçün sosial paket hazırlanır və imzalanması üçün Prezidentə təqdim olunur”.

Günay Hüseynova qeyd edib ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi məlumatlarında müharibə veteranları üçün aylıq müavinət 80 manat göstərilir.

Ekspert vurğulayıb ki, 2027-ci il üçün hazırlanacaq sosial-iqtisadi paketdə müharibə veteranlarına ödənilən müavinətin artırılması nəzərdə tutulacağı təqdirdə, Prezident tərəfindən müvafiq fərman və ya qərar qəbul edildikdən sonra artım qüvvəyə minə bilər.

Beləliklə, 80 manatlıq müavinətin 100 manata çatdırılması ilə bağlı hazırda təsdiqlənmiş qərar yoxdur. Bu məsələnin gələn il üçün hazırlanacaq sosial paketdə nəzərdə tutulub-tutulmayacağı və yekun məbləğ yalnız müvafiq qərar qəbul edildikdən sonra dəqiqləşəcək.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*