Ucarda yol qəzası olub, xəsarət alan var.
KONKRET.az apa-ya istinadən xəbər verir ki, hadisə Bakı–Qazax magistralının rayonun Qazıqumlaq kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Bərdə şəhər sakini, 1988-ci il təvəllüdlü Mehman Məmmədovun idarə etdiyi “BMW” markalı minik avtomobili idarəetmədən çıxaraq şirə kanalına aşıb. Nəticədə avtomobildə olan sərnişin 1985-ci il təvəllüdlü Roman Əsgərov xəsarətlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
