Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib.
KONKRET.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Məlumata görə, onlardan 26 228-i pensiya, 85 501-i müavinət, 12 297-si isə təqaüd təyinatıdır.
