Britaniyadan təcili çağırış: İranı dərhal TƏRK EDİNbackend

Britaniyadan təcili çağırış: İranı dərhal TƏRK EDİN

Böyük Britaniya hökuməti təhlükəsizlik vəziyyətinin pisləşməsi fonunda İrandakı diplomatik heyətini müvəqqəti olaraq geri çağırıb. Qurumun Tehrandakı səfirliyinin isə fəaliyyətini məsafədən davam etdirdiyi bildirilib.

KONKRET.az-ın xəbərinə görə, nazirliyin açıqlamasında qeyd olunub ki, hazırda İranda olan Böyük Britaniya vətəndaşları ölkədə qalmağın yaratdığı riskləri diqqətlə qiymətləndirməlidirlər.

Vətəndaşlara yerli və beynəlxalq KİV-ləri izləmək, təhlükəsizlik və hərbi obyektlərin yerləşdiyi ərazilərdən uzaq durmaq, həmçinin ölkəni tərk etmə planlarını mütəmadi olaraq nəzərdən keçirmək tövsiyə olunub.

Bəyanatda həmçinin vurğulanıb ki, İrandan Ermənistan vasitəsilə çıxmaq istəyən Böyük Britaniya vətəndaşları üçün Ermənistanda bir il ərzində 180 günədək qalmaq məqsədilə viza tələb olunmur.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*