Böyük Britaniyanın baş naziri Keir Starmer İranı İsrailə cavab verməkdən çəkinməyə və tərəfləri təmkinli olmağa çağırıb: “İsrailin İranın təcavüzünə qarşı özünü müdafiə etmək hüququ var. Mən inanıram ki, biz regional gərginliyin daha da artmasına yol verməməliyik və bütün tərəfləri təmkinli olmağa çağırmalıyıq. İran cavab verməməlidir”.
“KONKRET.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, Starmer bunu Samoada keçirdiyi mətbuat konfransında bildirib. Starmer vurğulayıb ki, Britaniya hakimiyyəti vəziyyəti yaxından izləyir və regionda gərginliyi azaltmaq üçün müttəfiqlərlə işləməyə davam edəcək.
Vəli Həsənoğlu,
KONKRET.az