Böyük Britaniyanın “ən pis evi” satışa çıxarılıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, evə 15 min funt sterlinq qiymət qoyulub.
“Ev mağazalara, şəhər mərkəzinə və qatar stansiyasına yaxın məsafədə yerləşir”, – elanda deyilir.
Mütəxəssislərin fikrincə, evdə yaşamaq mümkün deyil və qiyməti əsassız olaraq yüksəkdir.
Bundan başqa, mənzilin bəzi pəncərələri sınıb, divarlarında çat var.
Real alıcıların daşınmaz əmlak agentliyinə müraciət edib-etmədiyi barədə məlumat verilmir. Lakin sosial şəbəkə istifadəçiləri belə bir elanı tənqid ediblər.

İqbal Rzayev,
KONKRET.az
