BŞİH-də əməliyyat: Rəis həbs edildibackend

BŞİH-də əməliyyat: Rəis həbs edildi

Bu gün gunorta saatlarında  Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Bakı Şəhər İcra Hakimiyyətində əməliyyat keçirib.

KONKRET.az xəbər verir ki, Tribunainfo.az -a verilən məlumata görə BŞİH-nin tabeli qurumu olan Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşı Natiq adlı şəxs və daha 3 nəfər həbs edilib.

Məlumat üçün bildirək ki, son zamanlar mediada Yaşıllaşdırma Təsərrüfat Birliyinin sədri Həsrət Əmrahovun qanunsuz əməlləri barəsində kifayət qədər geniş məlumatlar dərc edilib.

Qeyd edək ki, BŞİH-dən xəbəri təsdiq ediblər və saxlanılan səxsin Yasamal rayonu Yaşıllaşdırma Sahəsinin rəisi Natiq Abbasov olduğunu bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*